Xəbər lenti

2000 manatlıq itinə görə 200 manat cərimələndi
Ölkə 21:54 18.05.2024

2000 manatlıq itinə görə 200 manat cərimələndi

İmişlinin Sarxanlı kəndində bazar qiyməti 2000 manat dəyərində olan iti itən şəxs polisi hədələyib.

Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə anadan olmuş Hüseyn (şərti) itinin itməsindən dərin depresiya keçirərək 15 may 2024-cü il tarixdə 102 xidmətinə zəng edib. O, 2000 manat dəyərində itinin polis əməkdaşları tərəfindən tapılıb ona verilmədiyi halda İmişli RPŞ-ni dağıdacağını deyib. 

DİN-in 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar olaraq şöbənin əməliyyat-istintaq qrupu həmin tarixdə saat 17:00 radələrində İmişli rayonu Sarıxanlı kəndinə gediblər. Təqsirləndirilən şəxs itinin itməsi ilə bağlı ərizə və izahat verməkdən imtina edib, eləcə də polis əməkdaşlarını evində olan ov silahı ilə öldürəcəyi ilə hədələyib və nalayiq söyüşlər söyüb. 

O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə Hüseyn himayəsində 3 azyaşlı uşaqlarının olduğunu və hadisəni içkili halda törətdiyini, əməlindən peşman olduğunu bildirib. 

Məhkəmə onu 200 manat cərimə edib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->