Xəbər lenti

Şahzadə Harri və Meqan Markl Nigeriyada kral ailəsi qaydasını pozub
Maqazin 16:12 15.05.2024

Şahzadə Harri və Meqan Markl Nigeriyada kral ailəsi qaydasını pozub

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi qaydasını pozub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb.
https://www.mirror.co.uk/3am/us-celebrity-news/harry-meghan-break-royal-protocol-32804141

Şahzadə Harri və Meqan Markl Nigeriya turu zamanı hədiyyələr alıblar. Cütlüyə sənət əsərləri, geyimlər, zinət əşyaları və Nigeriya haqqında kitablar hədiyyə edilib. 

Jurnalistlər diqqəti kral ailəsinin üzvlərinə hədiyyə verməyin ümumiyyətlə qadağan olunduğuna yönəldiblər. Çünki bu, onların üzərinə "donorlar qarşısında hər hansı öhdəliklər qoya bilər". İstisnalara aşağıdakılar daxildir: çiçəklər, yeməklər, kitablar və qiyməti 150 funt-sterlinqdən aşağı olan mallar.

Bununla belə, Harri və Meqan Markl artıq qaydalara əməl etməyə bilər. Çünki 2020-ci ildə onlar kral ailəsinin işçi üzvləri kimi xidmət etməkdən imtina ediblər.

Cümə günü, mayın 10-da şahzadə Harri və Meqan Markl Nigeriyaya rəsmi səfərə yollanıb. Cütlük Nigeriyanın Müdafiə Qərargah rəisi tərəfindən ölkəyə səfərə dəvət olunub. Susseks hersoqları məktəbə gələrək Baş Qərargah rəisi ilə görüşüblər və günorta şahzadə Harri xəstəxanada yaralı hərbçilərlə danışıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->