Xəbər lenti

Aİ İrana qarşı raket və PUA tədarükünə görə sanksiyaları genişləndirdi
Dünya 15:14 14.05.2024

Aİ İrana qarşı raket və PUA tədarükünə görə sanksiyaları genişləndirdi

Avropa İttifaqı (Aİ) Şurası hərbi münaqişələrin iştirakçılarına raket və pilotsuz uçuş aparatları tədarük etdiyinə görə İrana qarşı sanksiyalar rejimini genişləndirib. 

Qaynarinfo Aİ Şurasının press-relizinə istinadən xəbər verir ki, Aİ indi "İran raketlərini və PUA-larını tədarük edən, satan və ya başqa şəkildə təhvil verən” şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etmək imkanına malikdir.

Sanksiyalar çərçivəsində İranın raket tədarükçülərinin Aİ-yə girişi qadağan ediləcək və onların aktivləri dondurulacaq. Bundan əlavə, sanksiyaya məruz qalan fiziki və ya hüquqi şəxslərə birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. PUA-ların hazırlanması və istehsalında istifadə olunan əlavə komponentlərin Aİ-dən İrana ixracı da qadağandır.

Qeyd edək ki, Aİ İranın Ukraynadakı hərbi münaqişədə Rusiyaya dəstək verdiyini, həmçinin Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qruplaşmalarını silahla təmin etdiyini iddia edir. 2023-cü ilin dekabrında Aİ İranın PUA istehsal edən beş şirkətinə qarşı sanksiya tətbiq edib. 2024-cü ilin aprelində ABŞ Rusiya və İrana qarşı ixrac nəzarətini gücləndirib. Elə həmin ay iranlı dron istehsalçıları ABŞ sanksiyalarına məruz qalıblar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->