Xəbər lenti

Aİ və ABŞ İsraili atəşkəsə məcbur etmək üçün kifayət qədər səy göstərmir - Ərdoğan
Dünya 14:11 13.05.2024

Aİ və ABŞ İsraili atəşkəsə məcbur etmək üçün kifayət qədər səy göstərmir - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa İttifaqının Qəzza zolağında atəşkəsə nail olmaq üçün İsrailə kifayət qədər təzyiq göstərmədiyini deyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.

Türkiyə prezidentinin sözlərinə görə, HƏMAS Qətər və Misirin atəşkəs təklifini qəbul edib. Onun sözlərinə görə, bu qərar "davamlı atəşkəsə doğru bir addım”dır, lakin İsrailin baş naziri Benyamin Netanyahu hökuməti müharibənin bitməsini istəmir.

"Netanyahu hökumətinin cavabı Rəfahda günahsız insanlara hücum etmək oldu. Kimin sülhün və dialoqun tərəfdarı olduğu, kimin toqquşmaların davam etməsini, qanların davam etməsini istədiyi aydın oldu. Və Netanyahu pozğun davranışına görə hər hansı ciddi reaksiya görübmü? Yox. Nə Avropa, nə də Amerika İsraili atəşə tutmağa məcbur edəcək reaksiya göstərmədi”, - Ərdoğan bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->