Xəbər lenti

Azərbaycanda maaşlar saathesabı verilə bilərmi? (ŞƏRH)
Ekonomiks 12:16 13.05.2024

Azərbaycanda maaşlar saathesabı verilə bilərmi? (ŞƏRH)

"Bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdandır tətbiq olunur. Burada maaş ödəyərkən 1 saatlıq ödəniş məbləği müəyyən edilir. Çox güman ki, Azərbaycanda da belə bir mexanizm hazırlanacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli minimum əmək haqqının artırılması ilə bağlı təkliflərdən danışarkən deyib. 

Ekspert hesab edir ki, bu prosesdə işçilərin hüquqlarının pozulmaması istiqamətində mexanizmlərin hazırlanmasına ehtiyac var: 

"Bizdə 1 aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. İstər özəl, istərsə də dövlət sektorunda da bu, eynidir. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür ki, 2-3 saatlıq işgünü yazılsın. Bu zaman işəgötürənin ödənişləri əslində azala bilər. Bu, "qara maaş"ın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər".
 
Natiq Cəfərli təklif edir ki, Dövlət Sosial Müdafiə Fonduna daha az ödəniş etmək üçün işəgötürənlə işçi sövdələşərək rəsmi maaşla yanaşı, qeyri-rəsmi ödənişləri də aralarında anlaşa bilərlər:

"Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->