Xəbər lenti

Bakıda
Video 15:48 17.05.2024

Bakıda "Çingene Kızı Zeugma" filminin Qala gecəsi baş tutub (FOTO/VİDEO)

"Gənclik" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Çingene Kızı Zeugma" Türk komediyasının Qala gecəsi baş tutub.

BiG.AZ xəbər verir ki, tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar İnan Ulaş Torun, Aysel Nazim, Orhan Aydın, Didem Taslan,Hakan Bulut, Nicholas Facey və Bekir Aslantaş iştirak ediblər.Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Hamı həyəcanla Amerikadan Qaziantep Zeuqma muzeyinə gətirilən "Qaraçı qız" mozaikasını gözləyir. Muzey müdiri Esra və mühafizəçi Zekidən də həyəcanlı insanlar var: Barbaros və adamları... Mozaika birdən yoxa çıxanda, hamı bir-birindən şübhələnməyə başlayır. Bəs mozaikanı kim oğurlayıb? Tədbirin təşkilində Cinema Distribution, foto və video çəkilişdə - "Light in Black" kreativ şirkəti dəstək göstəriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->