Xəbər lenti

Blinken: İsrailin Rəfaha hücumu HƏMAS-ı məhv etməyəcək, əksinə...
Dünya 12:45 13.05.2024

Blinken: İsrailin Rəfaha hücumu HƏMAS-ı məhv etməyəcək, əksinə...

ABŞ dövlət katibi Entoni Blinken əmindir ki, İsrailin Qəzzanın Rəfah şəhərinə genişmiqyaslı hücumu anarxiyaya səbəb olacaq və HƏMAS terror qruplaşmasının məhvinə gətirib çıxarmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi CBS News-a müsahibəsində deyib.

O xatırladıb ki, Qəzza əhalisinin əksəriyyəti Rəfaha köçdüyündən ABŞ aylardır Rəfahda geniş hərbi əməliyyatla bağlı narahatlığını ifadə edir.

"Və biz İsrailə dedik ki, böyük hərbi əməliyyat olan Rəfəh əməliyyatını mülki əhalinin etibarlı müdafiə planı olmadan dəstəkləyə bilmərik və dəstəkləməyəcəyik", - Blinken bildirib. 

Onun sözlərinə görə, İsrailin "mülki insanları qorumaq üçün aydın, etibarlı planı olmalıdır, hansını ki, hələlik biz bunu görmürük”.

Bundan əlavə, Birləşmiş Ştatlar Qəzzada münaqişə bitdikdən sonra fəaliyyət planı görmək istəyir.

"Biz Qəzzanın İsrailin HƏMAS-dan təmizlədiyi və HƏMAS-ın yenə də geri qayıtdığı hissələri görürük... Rəfaha baxanda onlar (İsrail - red.) oraya girib ilkin uğur əldə edə bilər, lakin mülki əhaliyə potensial olaraq inanılmaz dərəcədə yüksək baha başa gəlir və bu uğur uzunmüddətli, davamlı olmayacaq”, - deyə dövlət katibi əminliyini ifadə edib. 

O, hesab edir ki, Rəfahı HƏMAS silahlılarından tam təmizləmək mümkün olmayacaq.

"Yaxud onlar (HƏMAS – red.) Qəzzani tərk etsələr – biz hesab edirik ki, belə də olmalıdır - o zaman çox güman ki, boşluq yaranacaq və bu boşluğu xaos, anarxiya dolduracaq, sonda isə yenə də HƏMAS olacaq”, - Blinken əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağının cənubunda Rəfah şəhərinə daxil olacağı təqdirdə ona silah tədarükünü dayandıracağı ilə hədələyib.

Ağ Ev həmçinin hesab edir ki, İsrailin Rəfahdakı genişmiqyaslı əməliyyatı öz məqsədinə - Qəzzada HƏMAS qruplaşmasının məğlubiyyətinə nail olmağa kömək etməyəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->