Xəbər lenti

Emmanuel Makron:
Dünya 20:32 11.05.2024

Emmanuel Makron: "Avropa təhlükədədir"

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropanın özünü qorumaq üçün kifayət qədər vasitəsi yoxdur və təhlükədədir. 

Qaynarinfo xəbər verir ki, onun sözləri siyasətçinin "YouTube" kanalında dərc olunub.

"Hər şeyə obyektiv baxsanız, biz avropalıların özümüzü qorumaq üçün kifayət qədər vasitələrimizin olmadığını görərsiniz", deyə Makron bildirib.

Onun sözlərinə görə, Avropa hərbi və geosiyasi baxımdan təhlükədədir. O qeyd edib ki, təhlükə tərəflərdən birinin nüvə silahına və Avropa ərazisinə çata bilən raketlərə malik olduğu Ukraynadakı münaqişə ilə bağlıdır.

Makron həmçinin qeyd edib ki, ruslar uzağa getsələr, Avropa Rusiya Federasiyasını cilovlamaq üçün hərəkətə keçməli olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->