Xəbər lenti

Evlərindən qızılları özü oğurlayırmış...
Ölkə 13:27 18.05.2024

Evlərindən qızılları özü oğurlayırmış...

Tərtərdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, Tərtər RPŞ-yə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Müraciətlə əlaqədar polisin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->