Xəbər lenti

Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini blokladı - FT
Dünya 14:52 15.02.2024

Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketini blokladı - FT

Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqlənməsinə mane olub. Bu dəfə Rusiyaya qarşı yönəlmiş tədbirlərlə razılaşmadığına görə deyil, Çinə görə.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

Aİ Rusiyaya qarşı sanksiyaların 13-cü mərhələsini doqquz gündən sonra Ukraynaya genişmiqyaslı işğalın iki illiyinə qədər tamamlamağı hədəfləyir. Bu, Kiyevin 50 milyard avroluq maliyyə dəstəyi paketini və Rusiyanın dondurulmuş aktivlərindən mənfəətin ehtiyatda saxlanması təklifini tamamlayacaq.

Macarıstan Aİ səfirlərinin dünənki görüşündə yeganə razı olmayan ölkə olub, əks halda Moskvanın müharibə səylərinə kömək etdiyi güman edilən Rusiya, Çin və digər ölkələrdən 200-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar paketini imzalanacaq. 

"Macarlar Çin şirkətlərinə görə razılaşmadı", - deyə rəsmilərdən biri bildirib.

Müzakirələrdən məlumatı olan başqa bir məmur onları "çox səmərəli fikir mübadiləsi” kimi xarakterizə edərək, Macarıstanın vetosunun Budapeşt səfirinin "təkliflərin məzmununu təhlil etmək üçün bir az daha vaxt istəməsi” ilə bağlı olduğunu vurğulayıb. 

Təkliflər mübahisəsiz deyil, belə ki, onlar üç Çin və bir Hindistan şirkətinə sanksiyaların tətbiqini nəzərdə tutur. Keçən il oxşar addım bir sıra üzv dövlətlər tərəfindən əngəllənmişdi. Təklif təsdiqlənərsə, Çin və Hindistandakı bizneslərin Aİ sanksiyalarına məruz qaldığı ilk hadisə olacaq.

Rəsmilər bildiriblər ki, müzakirələr davam edəcək və yəqin ki, gələn həftə keçiriləcək iclasda üzv ölkələrin nazirləri tərəfindən müzakirə ediləcək. Sanksiya paketinin tərəfdarları 24 fevral tarixinə çatdırmaq üçün gələn çərşənbə gününə qədər razılığa gəlməyə ümid edirlər.

Qeyd edək ki, yanvar ayında Avropa İttifaqı 2024-cü il fevralın 24-dək təsdiq etmək niyyətində olduğu yeni sanksiyalar paketini müzakirə etməyə başlayıb.
Fevralın əvvəlində xarici media yeni paketə 200-dən çox şirkət və fiziki şəxsin daxil olacağı barədə məlumat verib. 

"Reuters”in məlumatına görə, sanksiyalar paketində Rusiya mallarının idxalına yeni məhdudiyyətlər daxil olmayacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->