Xəbər lenti

Nazirliklə generalın şirkəti arasında 300 minlik müqavilə
Ekonomiks 16:30 03.05.2022

Nazirliklə generalın şirkəti arasında 300 minlik müqavilə

Təhsil Nazirliyi "Şərq-Qərb” ASC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, maliyyə dəyəri 361 080.58 AZN təşkil edən müqavilədə 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 589 880 AZN olan ASC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədov Oqtay İsgəndər oğludur. 

"Şərq-Qərb” ASC-nin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevə məxsus olduğu barədə məlumatlar var. ASC-nin faktiki sahibi Ramiz Mehdiyevin oğlu, Fövqəladə Hallar nazirinin müavini Timur Mehdiyevdir.

Jurnalist Hafiz Babalının 2021-ci ildə dərc olunan araşdırma materialında qeyd edilir ki, ASC-nin 294 940 ədəd səhminin 284 741-i, yəni 96,54 faizi Timur Mehdiyevindir. Onun sözlərinə görə, Timur Mehdiyevin təkcə bu şirkətdəki sərvəti təxminə 3 milyon manatdır.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->