Xəbər lenti

Nohurqışlaq gölünün daşmasının qarşısı alınır (VİDEO)
Ölkə 19:42 11.05.2024

Nohurqışlaq gölünün daşmasının qarşısı alınır (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, bununla əlaqədar əraziyə Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->