Xəbər lenti

Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
Ölkə 15:07 16.05.2024

Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlayıblar.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində "etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->