Xəbər lenti

Oğuzda torpaq sürüşməsi oldu
Ölkə 09:22 13.09.2023

Oğuzda torpaq sürüşməsi oldu

Oğuz rayonunun Filfilli kəndində torpaq sürüşməsi olub.

"Report"un məlumatına görə, dağlıq ərazidən sürüşən torpaq kütləsi kənd sakini Eynulla Süleymanovun həyətyanı sahəsinə tökülüb.

Nəticədə həyətin bir hissəsi torpaq altında qalıb.

Hadisə zamanı tələfat və dağıntı qeydə alınmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->