Xəbər lenti

Prezident:
Siyasət 15:47 11.05.2024

Prezident: "Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir"

Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında səsləndirib.

Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdıldığını vurğulayan dövlət başçısı deyib ki, hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->