Xəbər lenti

Tramp Heylini vitse-prezident təyin edəcək?
Dünya 13:14 12.05.2024

Tramp Heylini vitse-prezident təyin edəcək?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp mətbuatda Nikki Heylinin vitse-prezidentliyə namizəd kimi nəzərdən keçirildiyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. 

Qaynarinfo xəbər verir ki, sabiq prezident iddiaları təkzib edib.

"Nikki Heyli vitse-prezident seçilmir. Amma mən ona uğurlar diləyirəm", deyə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"Axios" portalının mənbələri əvvəllər xanım Heylinin namizədliyi barədə məlumat vermişdilər. Nəşrin yazdığına görə, Tramp onun prezident seçkilərində qalib gəlməsinə kömək edəcəyinə, mümkün həbsdən qaçacağına və uğursuzluğa düçar olarsa, on milyonlarla məhkəmə xərclərini ödəyəcəyinə əmin olsa, onu seçəcək.

52 yaşlı Nikki Heyli Respublikaçılar Partiyasının praymerizlərində Donald Trampın sonuncu rəqibi olub, lakin sonda o, digər namizədlər kimi yarışdan kənarlaşıb. O, əvvəllər Cənubi Karolina qubernatoru (2011-2017) və ABŞ-ın BMT-dəki səfiri (2017-2018) vəzifələrində çalışıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->