Xəbər lenti

Tramp prezident seçildikdən sonra atacağı ilk addımı açıqladı
Dünya 11:56 12.05.2024

Tramp prezident seçildikdən sonra atacağı ilk addımı açıqladı

Amerikanın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, ilk olaraq ABŞ-ın cənub sərhədini bağlayacağını və Meksikadan gələn miqrant axınını dayandıracağını bildirib. 

Qaynarinfo Amerika mətbuatına istinadən xəbər verir ki, 80-100 min insanın toplaşdığı Nyu-Cersidə keçirilən mitinqdə Tramp "Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq, cənub sərhədini bağlayacağam" deyib.

Siyasətçi həmçinin ABŞ prezidenti Co Baydenin "müttəfiqləri" adlandırdığı qeyri-qanuni mühacirləri "evlərinə - aid olduqları yerə" göndərəcəyini vəd edib. Onun fikrincə, Ağ Evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar "Amerika tarixində ən böyük deportasiya əməliyyatına" başlayacaq.

O, hesab edir ki, ABŞ-ın hazırkı lideri Co Bayden noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, ABŞ təhlükə altında olacaq: "Açıq şəkildə bilirsiniz ki, bu ölkə rüşvətxor Co Baydenin prezidentliyi dövründə daha dörd il yaşamayacaq".

Tramp rəqibini korrupsioner və bacarıqsız adlandırıb. O, Ağ Evin hazırkı rəhbərinin siyasətinin ABŞ-ı "böyük bəlaya" və III Dünya müharibəsinə cəlb olunmaq riskinə aparacağını xəbərdar edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->