Xəbər lenti

Trampın keçmiş vəkili porno aktrisanı necə susdurmağa çalışdırlarından danışdı
Dünya 16:53 14.05.2024

Trampın keçmiş vəkili porno aktrisanı necə susdurmağa çalışdırlarından danışdı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş şəxsi vəkili və bu gün ittiham tərəfinin əsas şahidi Maykl Koen seçki fondundan qanunsuz pul xərcləməkdə ittiham olunan Trampın məhkəməsində çıxış edib.

Qaynarinfo xəbər verir ki, nu barədə "The Guardian” yazır.

Prokurorlar hesab edirlər ki, Koen Trampla intim əlaqədə olduğunu iddia edən və 2016-cı il prezident seçkilərindən bir müddət əvvəl bu barədə ictimaiyyətə açıqlamalar verəcəyi ilə hədə-qorxu gələn porno aktrisa Stormi Danielsin susdurulması işində böyük rol oynayıb.

Koen məhkəmə zamanı bir neçə dəfə Trampı birbaşa ittiham edərək, Manhetten məhkəmə zalında bildirib ki, keçmiş prezident prezidentliyə namizəd olarkən ona dəfələrlə seks hekayələrini medianın nəzərindən uzaq tutmağı tapşırıb.

"Playboy” modeli Karen Makduqal da başqa bir sövdələşmə ilə 150.000 dollar alanda ona oxşar göstərişlər verilib.

Koenin ifadəsinə görə, Tramp ona "Elə et ki, bu, ortaya çıxmasın” deyib. 

Koenin sözlərinə görə, onun etdiyi hər şey "cənab Trampın göstərişi və maraqları çərçivəsində baş verib”.

"Hər şey cənab Trampın imzasını tələb edirdi”, - o əlavə edib.

Məhkəmədə çıxış edən Koen Stormi Danielsə öz vəsaitindən 130 min dollar ödəyərək Trampın birbaşa göstərişi əsasında hərəkət etdiyini bildirib.

Trampın keçmiş vəkili bildirib ki, pul dərhal ona qaytarılmayıb və o, Trampa şikayət etməli olub, bundan sonra Trampın maliyyə direktoru Allen Veyselberq pulun ona, Trampın kampaniyasına göstərilən hüquqi xidmət adı ilə hissə-hissə ödəniləcəyini izah edib.  

Koenin ifadəsi ittiham tərəfi üçün kritik hesab olunur, çünki o, Trampın fəaliyyəti haqqında birinci əldən məlumatlı olub. Bununla belə, Koen mübahisəli bir fiqurdur: o, ödənişlərlə bağlı federal ittihamlarda özünü təqsirli bilib. O, andlılar heyəti arasında populyar olmayan şahidə çevrilə bilər.

Qeyd edək ki, Tramp və vəkili bir vaxtlar inanılmaz dərəcədə yaxın olublar və Koen bir dəfə hətta Trampa görə "güllə yeməyə" hazır oldğunu söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->