Xəbər lenti

İdman 10:56 26.01.2024

"Barselona" Xavi ilə bağlı qərarını verdi

"Barselona" rəhbərliyi Xavi Hernandezin komandanın baş məşqçisi kimi gələcəyi ilə bağlı qərar verib. Klub yaxın vaxtlarda mütəxəssisi işdən çıxarmayacaq. O, ən azı 2023/24 mövsümünün sonuna qədər komanda ilə çalışacaq. 

Qaynarinfo xəbər verir ki, barədə sport.es məlumat yayıb.

Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edir. Ötən mövsüm komanda onun rəhbərliyi altılnda İspaniya La Liqasının və ölkə Super Kubokunun qalibi olub.

Bu mövsüm La Liqada keçirdiyi 20 matçdan sonra "Barselona" 44 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "Jirona"dan 8, ikinci pillədəki "Real Madrid"dın 7 xal geri qalır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->