Xəbər lenti

Çexiya prezidenti Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdı
Dünya 13:04 15.05.2024

Çexiya prezidenti Ukraynada hərbi əməliyyatları dayandırmağa çağırdı

Çexiya prezidenti Petr Pavel Ukraynanın yaxın gələcəkdə Rusiyanın işğal etdiyi əraziləri geri qaytara biləcəyinə inanmağı sadəlövhlük hesab edir. Onun fikrincə, Ukraynada hərbi əməliyyatları dayandırmaq və müharibədən sonrakı nizamla bağlı danışıqlara başlamaq lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Pavel "Sky News"a müsahibəsində danışıb.

"Müharibəni dayandırmaq və gələcək nizamı müzakirə etməyə başlamaq lazımdır”, - Pavel Ukraynanın indi Rusiya Federasiyası ilə danışıqlara başlamalı və hərbi əməliyyatları dayandırmalıdırmı sualına cavab olaraq deyib. 

O, münaqişə tərəflərini kompromis əldə etməyə çağırıb, lakin qeyd edib ki, bu, Ukrayna, Rusiya və "bu razılaşmanın təminatçısı olacaq ölkələrin” razılığı olmadan ola bilməz. Çexiya prezidenti həmçinin NATO əsgərlərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb, çünki onun sözlərinə görə, "Avropada heç kim bu münaqişəni istəmir”.

Petr Pavel əmin edib ki, Ukraynaya silah tədarükü eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirilir. Bununla belə, o, münaqişənin davam edəcəyi təqdirdə Ukraynanın uğursuzluğa düçar ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Ukrayna qoşunlarının Xarkov vilayətindəki bölmələrinin "çətin vəziyyətdə” olduğunu bildirib. Ukrayna prezidenti Volodimir Zelenski də Rusiya ordusunun Xarkov istiqamətində irəlilədiyini etiraf edib. Eyni zamanda, o, yeni silahlar aldıqdan sonra Rusiyanın hücumunu dayandıracağına əmin edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->