Xəbər lenti

Daiga Mierina Azərbaycana gəldi (FOTO)
Siyasət 23:20 18.05.2024

Daiga Mierina Azərbaycana gəldi (FOTO)

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker mayın 20-də Azərbaycan parlamentinin inzibati binasında mətbuat konfransı keçirəcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->