Xəbər lenti

İlk britaniyalı milyarder musiqiçi
Sənət 14:17 19.05.2024

İlk britaniyalı milyarder musiqiçi

Məşhur musiqiçi Pol Makkartni "Sunday Times Rich List”in dərc etdiyi siyahıya görə, ilk britaniyalı milyarder musiqiçidir.

81 yaşlı musiqiçinin varidatı qastrollar, qiymətli bek-kataloq (əvvəllər dərc olunan əsərlər) və hətta "Bitlz” qrupunun "Blackbird” mahnısını ifa edən Beyons tərəfindən kiçik kömək sayəsində artıb.

Varidatı 1 milyard funt sterlinq (təxminən 1,3 milyard dollar) dəyərləndirilən Makkartni Böyük Britaniyada milyarderlərin sayının 2022-ci ildəki 177 nəfərdən cari ildə 165 nəfərədək azaldığı tendensiyanı qabaqlayıb.

Bu, qismən hökumətin gələn ildən "evdən kənarda” vergi statusunun ləğvi planları ilə bağlıdır. Bu sistemə müvafiq olaraq, insanlar öz xarici gəlirlərinə görə Britaniya vergisi ödəmirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->