Xəbər lenti

İsraildə 2000 il yaşı olan 4 Roma qılıncı tapıldı (FOTOLAR)
Dünya 22:07 08.09.2023

İsraildə 2000 il yaşı olan 4 Roma qılıncı tapıldı (FOTOLAR)

İsrailli tədqiqatçılar Ölü dəniz yaxınlığında əla vəziyyətdə olan 4 Roma qılıncını tapıb. Su anbarı yaxınlığındakı mağarada tapılan silahların 1900 il yaşının olduğu deyilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews Culture” məlumat yayıb.

60-65 santimetr uzunluğunda olan 4 qılıncdan 3-ü hələ də taxta qınında olub. Qılınclar bir qrup fotoqraf tərəfindən demək olar ki, tamamilə əlçatmaz yarıqda görülüb. Arxeoloqlar hesab edirlər ki, silah Roma ordusundan götürülüb və yəhudi üsyançılar tərəfindən mağarada gizlədilib.

İsrail Qədim Əsərlər İdarəsinin direktoru Eli Eskusido bildirib ki, silahlar Ölü dəniz ətrafındakı quraq hava şərait sayəsində qorunub saxlanılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->