Xəbər lenti

Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakı hava limanında təcili eniş etdi
Ölkə 22:17 09.05.2024

Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakı hava limanında təcili eniş etdi

"Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.


Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.


Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.


Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->