Xəbər lenti

Meqan Markl London səfərində şahzadəni müşayət etməyəcək
Dünya 23:55 30.04.2024

Meqan Markl London səfərində şahzadəni müşayət etməyəcək

Sussex hersoginyası Meqan Markl Londona səfəri zamanı şahzadə Harriyə qoşulmayacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Cütlüyün sözçüsü təsdiqləyib ki, Meqan Markl ərini mayın 8-də İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Müqəddəs Paul Katedralində xidmətə müşayiət etməyəcək. Amma hersoginya Nigeriyaya rəsmi səfərlə uçacaq və orada tədbirdən sonra əri ilə görüşəcək.

Mayın 8-də şahzadə Harri Londondakı Müqəddəs Pavel kilsəsində İnvictus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün çıxış edəcək. Kral eksperti Tom Quinn-in sözlərinə görə, şahzadə Uilyam və Keyt Middleton Harrinin səfərindən narahatdırlar. Onun sözlərinə görə, kral ailəsinin işçiləri indi hadisələri elə planlaşdırmağa çalışırlar ki, heç bir problem olmasın.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->