Xəbər lenti

Mirmahmud Mirəlioğlu:
Siyasət 12:00 20.05.2024

Mirmahmud Mirəlioğlu: "Mənim məsələm dəqiq deyil, amma..."

Parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası da iştirak edəcək.
 
Bu barədə Qaynarinfo-ya partiya sədri Mirmahmud Mirəlioğlu məlumat verib. 

Onun sözlərinə görə, hazırda partiya daxilində seçkiyə hazırlıq prosesinə start verilib:

"Namizədlərin müəyyənləşdirilməsi prosesi hələ yekunlaşmayıb. Namizəd kimi seçkidə iştirak etmək istəyənlərin sayı çoxdur". 

"Namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz" sualına Mirmahmud Mirəlioğlunun cavabı belə olub: 

"Öz məsələm dəqiq deyil. KXCP mütləq iştirak edəcək, onların kimliyini seçkiyə startı veriləndə elan olunacaq".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->