Xəbər lenti

Naxçıvanda nazirliklə keçmiş işçisi arasında məhkəmə davam edir
Ekonomiks 13:58 13.05.2024

Naxçıvanda nazirliklə keçmiş işçisi arasında məhkəmə davam edir

Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi ilə qurumun keçmiş işçisi Murtuz Qasımov arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsi Murtuz Qasımovun iddiasını təmin etməyib. 

O, Naxçıvan MR Ali Məhkəməsinə şikayət edib. Məlumat üçün deyək ki, Naxçıvan MR Ali Məhkəməsi apellyasiya instansiyası kimi fəaliyyət göstərir. 
Bu gün Naxçıvan MR Ali Məhkəməsində hakim Sənan Qarayevin sədrliyi ilə Murtuz Qasımovun şikayəti üzrə mümkünlük iclası keçirilib. 

Mümkünlük iclası iddianın əsaslılığının yoxlanılması üçündür. Bundan sonra iyunun 12-nə məhkəmə baxış iclası təyin edilib. 

Tərəflər arasında məhkəmə çəkişməsi əmək münasibətlərində yaranmış mübahisələrdən qaynaqlanır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->