Xəbər lenti

“Neftçi” Azərbaycan çempionatlarında nadir göstəriciyə imza atdı
İdman 11:52 13.05.2024

“Neftçi” Azərbaycan çempionatlarında nadir göstəriciyə imza atdı

"Neftçi” Azərbaycan çempionatlarında nadir təsadüf olunan göstəriciyə imza atıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunda "Qarabağ”dan 5 qol buraxan (0:5) Bakı klubu XXXIV turda "Kəpəz”in qapısına eyni sayda qol vurub – 5:1.

Paytaxt təmsilçisi tarixində ilk dəfə 5 və ya daha çox buraxdığı görüşdən sonrakı qarşılaşmada belə məhsuldarlıq göstərib. Bu ,1992-ci ildən keçirilən ölkə çempionatlarında 7-ci belə hadisədir. Belə göstəriciyə sonuncu dəfə AZAL nail olub. Paytaxt təmsilçisi 2011/2012 mövsümündə "Neftçi”yə 1:7 hesabı ilə uduzandan sonra "Simurq”a qalib gəlib – 5:1.

"Neftçi” və AZAL-dan başqa daha 3 komanda belə halla üzləşib. "Turan” üç dəfə belə ardıcıllığa nail olub. Tovuzlular 1997/1998 ("Qarabağ” 1:5, "Kür-Nur” 5:1), 1998/1999 ("Bakı fəhləsi” 1:5, "Şahdağ” 8:0) və 2000/2001 ("Neftçi” 1:5, "Araz-Naxçıvan” 7:2) mövsümlərində iki fərqli matçı sıralayıb.

Sumqayıt "Xəzər”i 1999/2000 ("Şəfa” 0:5, "Neftqaz” 5:0), "Qarabağ” 2001/2002 ("Şəmkir” 1:5, "Şahdağ” 6:0) mövsümlərində 5 və ya daha çox qol buraxdığı görüşdən sonra məhsuldarlıq nümayiş etdirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->