Xəbər lenti

Premyer Liqada
İdman 15:31 18.05.2024

Premyer Liqada "Ən yaxşı futbolçu"nun adı açıqlandı - Haaland deyil

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasında mövsümün "Ən yaxşı gənc futbolçusu" (23 yaşa qədər) seçilib.

Qaynarinfo xəbər verir ki, 22 yaşlı futbolçu azarkeşlərin səsverməsində digər yeddi oyunçunu, o cümlədən "Mançester Siti”nin futbolçusu Erlinq Haaland və Fil Foden, "Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka və "Nyukasl”ın hücumçusu Aleksander İsakı qabaqlayıb.

Palmer "Çelsi"yə keçən il "Mançester Siti"dən keçib. London klubunda debüt mövsümündə Koul Premyer Liqada 22 qol vurub və 10 məhsuldar ötürmə edib.

Keçən mövsüm Haaland Premyer Liqanın "Ən yaxşı gənc oyunçusu" olub, bundan əvvəl Foden iki dəfə mükafat qazanıb.

Palmer həm də Premyer liqada "Mövsümün oyunçusu” mükafatı uğrunda mübarizə aparır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->