Dünya 17:45 29.03.2024

Putin Təhlükəsizlik Şurasında Rusiyanın qonşuları ilə münasibətləri müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib. Burada, xüsusən də Rusiya Federasiyasının ən yaxın tərəfdaşları ilə əlaqələri müzakirə olunub. Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışı ilə başlayıb.

Bu barədə Qaynarinfo Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

"Bizim üçün ən vacib olan ən yaxın tərəfdaşlarımızla, dostlarımızla, qonşularımızla münasibətlərdir. Bu, ənənəvi olaraq belə olub və qonşularımızla ticarət, iqtisadi və siyasi əlaqələrin səviyyəsi durmadan artır. Biz həmişə ondan çıxış edirik ki, bu əlaqələr qarşılıqlı maraqlar əsasında, bir-birinin maraqları nəzərə alınmaqla qurulmalıdır”, - deyə Rusiya prezidenti görüşün əvvəlində bildirib. O, Təhlükəsizlik Şurasının üzvlərinə yuxarıda göstərilən sahələrdən birini nəzərdən keçirməyi təklif edib.

Nizami Bağırov