Xəbər lenti

İdman 11:05 12.05.2024

"Qarabağ" "Boka Xuniors"u keçdi

Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi "Qarabağ”ın siyahıda keçdiyi komandalar bəlli olub.

İFFHS-in cədvəlində 48-ci pillədə qalan Ağdam klubu 7 komandanı arxada qoyub.

Qurban Qurbanovun yetirmələri "Boka Xuniors”, "LDU Kito”, PAOK, "Frayburq”, "Braqa”, "Sparta” və "Atletiko Nasyonal”ı keçib. Amma "Qarabağ” irəliləyə bilməyib.

Buna eyni sayda komandanın Azərbaycan çempionunu arxada qoyması səbəb olub. "Brügge”, "Atletiko Mineyro”, "Atletiko Paranaense”, "Korintians”, "İndependente Medelyin”, "River Pleyt” və Zaqreb "Dinamo”su təmsilçimizi keçə bilib.

Qeyd edək ki, "Qarabağ”ın hesabında 183 xal var.//İdman.biz

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->