Xəbər lenti

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı
Dünya 10:45 09.05.2024

Rusiya səfiri Yaponiyanın ABŞ-ın atom bombası ilə bağlı siyasətini ikiüzlülük adlandırdı

Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev bildirib ki, Yaponiya rəhbərliyi Vaşinqtonun Xirosima və Naqasaki şəhərlərinə atom bombası atılmasına görə məsuliyyətini xalqın tarixi yaddaşından "silmək” üçün "məqsədli və ikiüzlü” siyasət yürüdür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

Diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, 2024-cü ilin yanvarında Yaponiya hökuməti ölkə vətəndaşlarının ABŞ-a münasibətinə dair sosioloji sorğunun nəticələrini dərc edib. Analitiklərin fikrincə, yaponların 87,4%-i bu və ya digər dərəcədə müttəfiqinə rəğbət bəsləyir.

"Hesab edirəm ki, burada biz Xirosima və Naqasakiyə atom bombası atılmasının Amerika "müəllifini” xalqın tarixi yaddaşından silmək üçün düşünülmüş və ikiüzlü siyasətlə üz-üzəyik”, - Nozdrev qeyd edib.

O, izah edib ki, Tokio müvafiq kontekstdə Vaşinqtona istinadları minimuma endirməyə çalışır. Üstəlik, yapon rəsmiləri və jurnalistlərin bəyanatları çox vaxt 1945-ci ilin avqustunda atom bombardmanlarına görə ABŞ-dan üzrxahlıq almağın vacibliyinə işarə etmir.

Aprel ayında Yaponiyanın baş naziri Fumio Kişida ABŞ-da işgüzar səfərdə olub və Amerika Konqresində çıxış edib. Sonra o, Rusiya Federasiyasının guya Qərb ölkələrini nüvə silahından istifadə ilə hədələməyə davam etdiyini və eyni zamanda Yaponiyanı ABŞ-ın "sabit dostu” adlandırdığını söyləyib.

Daha sonra vəziyyəti Rusiya Federasiyasının  BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski şərh edib. Diplomat Yaponiya hökuməti başçısının bəyanatını biabırçı və rüsvayçılıq hesab edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->