Xəbər lenti

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)
Ekonomiks 17:00 19.05.2024

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Avtomobil almaq istəyənlərin daha çox diqqət etdiyi məqam onun sürətlər qutusudur. Son vaxtlar ölkəyə gətirilən avtomobillərin əksəriyyəti robot transmissiyalı sürətlər qutusuna malikdir. Bu isə sadə sürətlər qutusuna nisbətən daha çox diqqət tələb etdiyindən və daha baha təmir olduğundan sürücülər adətən belə avtomobillərdən yan keçirlər. Bəs bu sürətlər qutusu necə idarə olunmalidir ki, sürücünü xərcə salmasın?

Xezerxeber.az-ın məlumatına görə, sadə 1000, robot transmissiyalı sürətlər qutusu isə 3-4 min manata təmir olunur.

Avtomobil daşımaları üzrə mütəxəssis Hüseyn Məmmədli də deyib ki, sürətlər qutusunun fərqinə görə müştərilər daha çox sadə olanı axtarırlar. Mütəxəssis əlavə edib ki, əvvəllər buraxılış ili ilə bağlı məhdudiyyət olmadığından ölkəyə gətirilən avtomobillərin böyük hissəsi sadə sürətlər qutusuna sahib olanlar idi. Bu isə modellər arasındakı qiymət fərqini stabil saxlayırdı. Hazırda isə vəziyyət fərqlidir.

Sürətlər qutusu ustası Həsən Səmədov deyib ki, robot transmissiyalı sürətlər qutusu daha güclü olsa da, sadəyə nisbətən həssas və bahalı hesab edilir.

Usta Tunar Cəfərzadənin sözlərinə görə, robot transmisisyalı sürətlər qutusunu əsasən tıxacda düzgün idarə etmək lazımdır. Əks halda sözügedən sürətlər qutusunun elektron sistemi tez sıradan çıxır ki, bu da sürücüyə baha başa gəlir.

Ustalar bildirirlər ki, robot transmissiyalı sürətlər qutusu daha tıxacsız və uzaq məsafəli yollar üçün nəzərdə tutulub. Bu səbəbdən də Bakı kimi tıxaclı şəhərlərdə belə sürətlər qutusuna malik avtomobillərdə problemlər ortaya çıxır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->