Xəbər lenti

Ukrayna ABŞ-dan xahiş edir: Qadağanı götürün, vuraq… -
Dünya 14:28 15.05.2024

Ukrayna ABŞ-dan xahiş edir: Qadağanı götürün, vuraq… - "Politico"

Ukrayna hakimiyyəti ABŞ-ı Rusiyaya zərbələr endirmək üçün Amerika istehsalı olan silahlardan istifadəyə qoyulan qadağanı ləğv etməyə məcbur etmək üçün yeni səylər göstərir.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Bir qrup ukraynalı qanunverici məsələ ilə bağlı Konqresdən kömək istəmək üçün bu həftə Vaşinqtondadır. Onların fikrincə, bu qadağa Ukraynanın hərbi səylərini məhdudlaşdıracaq, çünki Kiyev sərhəddən kənarda yerləşən Rusiya hərbi anbarlarına zərbələr endirmək istəyir.

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli silahlar göndərərək, onların Rusiya ərazisi daxilində zərbələr endirmək üçün istifadə edilə bilməyəcəyini bildirib.

"İndi əsas problem Ağ Evin Rusiya daxilində hərbi hədəflərə zərbə vurmaq imkanlarımızı məhdudlaşdırmağa yönəlmiş siyasətidir" deyə "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya bildirib. 

Rusiya bu məhdudiyyəti yaxşı başa düşür və ABŞ-ın tədarük etdiyi uzaqmənzilli taktiki raket sistemləri ilə vurulmaqdan qorxmadan sərhəddə ən azı 30 min əsgər və texnika yerləşdirə bilib.

İki ABŞ rəsmisi Bayden administrasiyasının siyasətinin dəyişmədiyini təsdiqləyib.

"Yardım Rusiya ərazisində hücum əməliyyatları deyil, müdafiə üçündür”, - anonimlik şərti ilə rəsmilərdən biri deyib.

Xatırladaq ki, Rusiya qoşunları mayın 10-dan Xarkov vilayətinə girməyə çalışır. Onlar bir sıra yaşayış məntəqələrini ələ keçirə biliblər, lakin Ukrayna qüvvələri vəziyyəti sabitləşdirmək üçün səy göstərir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->