Xəbər lenti

Xavi öz komandasını pislədi
İdman 13:25 18.12.2023

Xavi öz komandasını pislədi

"Barselona"nın baş məşqçisi Xavi Avropanın ən pis komandasının adını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis "Valensiya" ilə 1:1 hesablı heç-heçədən sonra özünü tənqid edib.

O rəhbərlik etdiyi "Barselona"nın Avropada ən pis komandalarından biri olduğunu deyib. Kataloniya nəhənginin tənəzzül yaşadığı bir vaxtda Xavi öz komandasının "Valensiya" ilə qarşılaşmada əldə etdikləri çoxsaylı şanslardan yararlana bilməməsindən şikayətlənib. Veteran futbolçu açıqlamasında, "Biz Avropanın ən pis komandalarından biri olmalıyıq. Bu gün çox əsəbiləşdim. Qələbəyə layiq idik. Bacardığımız hər şeyi etdik. Amma təsirli olmadıq və ötən həftələrdə yaşadığımız problem təkrarlandı. Bu matç bizim üçün demək olar mövsümü yekunlaşdırır. Biz bitirmə problemi üzərində məşq edirik, lakin bu, oyunçuların özünə inamından asılıdır" - deyib.

"Barselona", La Liqada son iki matçında məğlub olub. Komanda həmçinin ÇL-də "Antverpen"ə də 2:3 hesabı ilə uduzub. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->