Ölkə 17:16 25.01.2013

1 dollar 10 milyon dollara satıldı

1794-cü ilə aid bir dollar dəyərindəki gümüş qəpik Nyu-Yorkda keçirilən hərracda 10 milyon dollara satılıb.

ANN.Az-ın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, 1 dolların Amerika Birləşmiş Ştatlarının sikkəxanası tərəfindən buraxılan ilk belə qəpik olduğu bildirilir.

Qəpik Nyu-Cersidə yerləşən “Legend Numismatics” adlı qəpik firması tərəfindən satın alınılıb.