İdman 13:00 12.08.2013

1 milyon dollar təklif etdiyimiz güləşçiyə ŞOK CƏZA

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) məşhur idmançı Rza Kayaalpı cəzalandırıb.

Apasport.az xəbər verir ki, tanınmış türkiyəli pəhləvan 6 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Dünya və Avropa çempionunun cəzalanmasına səbəb Türkiyədə “Gezi Parkı” nümayişləri zamanı “tvitter”də yazdığı bu sözlər olub: “Ermənilərə buraxdınız meydanı. Allah bəlanızı versin, soyğunçular. Ermənistan xalqı bayram edir, “Taksim”i işğal etdik, Türkiyəyə rahat hərəkət edə bilərik. Sizin etdiyiniz budurmu.... Vətən xainləri”. 

Amma Kayaalpın “tviti” Beynəlxalq Olimpiya Komitəsi və FİLA-ya başqa cür təqdim olunub. 

Ali idman qurumlarının iddiasına əsasən, idmançı “tviti”ndə sonradan pozduğu “Yunanıstan və Ermənistan köpəkləri” sözünü də yazıbmış. Bu səbəbdən Rzaya belə ağır cəza verilib. Cəza üzündən 120 kq çəki dərəcəsində çıxış edən Rza dünya çempionatını buraxmalı olacaq. 

Qeyd edək ki, Kayaalpın London-2012-dən öncə Azərbaycan millisinə gəlişi gündəmdə idi. Həmin vaxt komandamızı çalışdıran türkiyəli baş məşqçi Salih Bora onun xidmətində maraqlı olduğundan federasiya idmançı üçün 1 milyon dollar da təklif etmişdi. Lakin Rıza “ay-ulduzlu” formanı dəyişmək istəmədiyini açıqlamışdı.

Qaynar.info