Foto 09:15 07.02.2018

1 milyon dollarlıq toy (FOTOLAR)

Türkiyənin Antalya şəhərində təşkil edilmiş toy mərasiminə 1 milyon dollar xərclənib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistan biznesmenlərindən olan Arcun Xatrinin oğlu Kunal Xatri və digər biznesmen Hiralal Tarvaninin qızı Şena Tarvaninin toy mərasimi 3 gün, 3 gecə davam edib.
 
250 qonağın yerləşdirildiyi hoteldə 125 otaq toy iştirakçıları üçün ayrılıb. Limitsiz yemək və içkinin verildiyi toyda qonaqlar dayanmadan əylənib və rəqs ediblər.

Toya ev sahibliyi edən hotel bildirir ki, mərasimin qiyməti təxminən 1 milyon dollar olub. 

Gülşən