Ölkə 13:59 22.07.2013

1 nəfər günvurmadan dünyasını dəyişdi

Azərbaycanda günvurmadan ölüm faktı qeydə alınıb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan, 45-50 yaşlı kişi günvurma diaqnozu ilə xəstəxanaya gətirilib və iyul ayının 20-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info