Dünya 10:21 08.08.2018

1 "tweet" Kanadaya 20 milyarda başa gəldi

Səudiyyə Ərəbistanının Kanada ilə diplomatik və ticarət əlaqələrini dayandırması bir neçə gün ərzində Kanadaya 20 milyard dollara başa gəlib.

Qaynarinfo xəbər verir ki, Kanadanın daxili işlər naziri Kristia Frilənd "Twitter" hesabı ilə Səudiyyə Ərəbistanının insan haqqları uğrunda mübarizə aparan fəalları həbs etməsini tənqid etmiş, Səudiyyə bu addıma cavab olaraq diplomatik və ticarət əlaqələrini dayandırmışdı. Ötən gün isə iki ölkə arasındakı bütün uçuşlar ləğv edildi. Qərar nəticəsində Səudiyyənin Kanadadan sifariş verdiyi 15 milyard dollarlıq hərbi texnika alışı və digər məhsulların ixracı dayandırıldı.

Səudiyyə Ərəbistanının təqaüdü ilə Kanadada oxuyan 17 min 272 tələbə geri çağırılıb. Tələbələrin digər ölkələrdə təhsillərini davam etdirə bilməsi üçün proqram hazırlanır. 

Gülşən