10 ildən artıq pedaqoji stajı olan müəllimlərin işə qəbulu müsabiqəsində onların diaqnostik qiymətləndirməsinin balı nəzərə alınacaq. Müəllimlərin topladıqları bal iki il ərzində keçərli olacaq. Onlar əlavə bir imtahana cəlb edilməyəcəklər.

Müəllimlərin işə qəbul imtahanlarında topladığı bal iki tədris ili ərzində nəzərə alınacaq.

Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib. Onun sözlərinə görə, müəllimlər imtahanda topladıqları bal əsasında növbəti ildə də işə qəbul üçün müraciət edə bilərlər.

Eyni zamanda bu ildən etibarən 10 ildən artıq pedaqoji stajı olub, 3 ildən az müddətdə işdən ayrılan müəllimlər işə qəbul zamanı test imtahanlarına cəlb edilməyəcəklər.

Qeyd edək ki, dövlət ümumtəhsil müəsisələrinə müəllimlərin işə qəbul ilə bağlı müsabiqə üzrə sənəd qəbulu iyulun 8-dək davam edəcək.