Dünya 17:20 12.12.2013

10 məhbus həbsxanada donaraq ölüb


Suriyanın Hələb şəhərindəki Mərkəzi Həbsxanada 10 məhbus donvurmadan ölüb.

Qaynar.info
xəbər verir ki, bu barədə Suriya Ali İnqilab Şurasının yaydığı bəyanatda bildirilib.

Hələbdəki rəsmilərdən biri həbsxanada 10 məhbusun öldüyünü təsdiq edərək, "Bəziləri işgəncələrdən, bəziləri də səhhi ilə bağlı problemlər səbəbindən donurlar. Məhbuslara Suriya Qızıl Ay cəmiyyəti ərzaq göndərir. Bunun onlara verilib verilmədiyini dəqiq bilmirik" deyib.

Suriyalı rəsmi rejim tərəfdarlarının son vaxtlar çoxlu sayda məhbusu edam etdiklərini də bildirib.

Qaynar.info