Texnologiya 09:17 22.02.2018

Bu saat 10 min il işləyəcək

"Amazon" şirkətinin qurucusu Ceff Bezosun 10 min illik saat layihəsinə start verilib və quraşdırılma işi başlayıb.

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, ideya Danni Hillis tərəfindən 1995-ci ildə "Wired" jurnalında irəli sürülüb. Daha əvvəl saatın bir neçə versiyası yaradılıb, lakin Bezos tərəfindən hazırlanan saat ilk olaraq tam şəkildə fəaliyyət göstərəcək. 

Son bir neçə ildə saatın hissələri hazırlanıb və dağ üzərində yerləşdirmə prosesi üçün qazıntı işləri aparılıb. 

10 min il ərzində işləyəcək mexaniki saat tam quraşdırılandan sonra ziyarətçilər əraziyə səfər edə biləcək. Lakin saatın yerləşdiyi bölgəyə ən yaxın havalimanı saatlarla məsafədədir və buraya gəlmək xeyli əziyyətli olacaq.

Gülşən