Dünya 14:09 28.06.2013

10 yaşlı qızı diri-diri yandırdılar - DƏHŞƏT

Rusiyanın Buryatiya vilayətində 10 yaşlı qızı tonqalda diri-diri yandırıblar. 

Qaynar.info-nun rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ilə bağlı 1999-cu il təvəllüdlü orta məktəb şagirdi, 1998-ci il təvəllüdlü internat məktəbinin şagirdi və 20 yaşlı əvvəllər məhkum olunmuş 3 nəfər şəxs saxlanılıb. 

İstintaqın nəticəsinə görə, hadisə qarət məqsədilə törədilib. Şübhəlilər qızın əlindəki 1000 rus rublunu aldıqdan sonra onu tonqala atıb yandırıblar. 

Hadisə iyunun 23-də qızın ad günündə nənəsinin yanına getdiyi zaman baş verib. 4 gün sonra isə qızın yanmış sümükləri tapılıb. 

Qaynar.info