Ekonomiks 13:08 23.02.2014

100 min avro dəyərində uçan avtomobil - VİDEO

Fransanın Strazburq şəhərində bir şirkət hazırladığı uçan avtomobili 2015-ci ildə bazara çıxarmağı planlaşdırır.

"Axar.az" xəbər verir ki, "Vaylon" adlı bu şirkət tərəfindən hazırlanan "Pegasus" adlı uçan avtomobil 100 min avro qiymətində satışa çıxarılacaq.

Yerdə 100 kilometr sürət yığır, havada 60-80 kilometr arası sürətlə üç saata qədər uçma gücünə malikdir. Ən əhəmiyyətli hissəsi pər və paraşütdür. 3000 metr yüksəkliyə qədər qalxa bilir.

"Vaylon"un sahibi və avtomobili ixtira edən Jerom Dauffinin bildirdiyinə görə, avtomobilə maraq göstərən qurumlar arasında Fransa ordusu da var. 

Bu avtomobillə dağlıq ərazini asanlıqla dəf etmək mümkündür.

Qaynar.info