Foto 18:59 13.11.2017

11 noyabr saat 11:11 (FOTOLAR)

ABŞ-da veteranlar üçün inşa edilmiş abidəni sadəcə 1 gün və 1 saat ərzində ziyarət edən zaman 1 bütöv şəklində görmək mümkündür.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Arizonada "Anthem" Veteran Məbədi ABŞ silahlı qüvvələrindəki əsgərlərin xidmət və fədakarlıqları şərəfinə inşa edilib. Məbədi bütöv şəkildə görmək üçün 11 noyabr tarixində saat 11:11-də ziyarət etmək lazımdır. Lakin həmin an hava günəşli olmalıdır. Bu zaman məbədi təşkil edən sütunların içindən keçən günəş şüası döşəməyə çatır. Döşəmədəki mozaykada BMT-nin Böyük Möhürü var. Möhürün görünməsi ilə məbədin bütün detalları tamamlanmış olur.

Məbədin mühəndisi Cim Martin 100 illik məlumatlar əsasında inşa edilmiş tikilinin növbəti 500 il ərzində də tamamlanacağını və ildə 1 dəfə möhürü görməyin mümkün olacağını bildirib.

Gülşən
Qaynarinfo.Az