Dünya 14:46 06.08.2013

11 yaşlı qızı diri-diri yandırdı

Hindistanın Kəlküttə şəhərində 11 yaşlı qıza təcavüz etmək istəyən kişi istədiyinə nail olmadığı üçün qızı yandırıb. 

Qaynar.info-nun məlumatına görə, naməlum şəxs qıza evinin yanında təcavüz etmək istəyib. Lakin qız onun onun əlindən xilas ola bilib. Qızın onu tanımaması üçün kişi əlində olan kerosinlə 11 yaşlı qıza od vurub. 

Xəstəxanaya aparılan qız həkimlərin səyinə baxmayaraq ölüb. 

Qıza təcavüz edən şəxs polis tərəfindən saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Qaynar.info