İdman 12:38 02.12.2018

118 yaşlı İtaliya klubu 10 avroya satıldı

İtaliyanın B Seriyasında çıxış edən "Palermo" klubu satılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun sahibi Mauritsio Zamparini rəsmi saytı vasitəsi ilə azarkeşlərə müraciət ünvanlanıb.

Klub sahibi bildirib ki, bütün səhmlərini 10 avroluq simvolik bir rəqəmə mərkəzi Londonda yerləşən "Mepal" şirkətinə satıb.

"Palermo"nun mənfəəti üçün bu satışı gerçəkləşdirdiyini bildirən 77 yaşlı iş adamı adıçəkilən şirkətin klubun 22,8 milyon avroluq borcunu ödəməyi, yeni stadion və məşq bazası tikəcəyi  öz üzərinə götürdüyünü qeyd edib. 

"Palermo"nu 2002-ci ildə satın alan Mauritsio Zamparini 30 illik fasilədən sonra - 2004/05 mövsümündə A Seriyasına çıxarmağa nail olmuşdu. Edinson Kavani, Paulo Dibala və Xavyer Pastore kimi ulduzların bir müddət formsını geyindiyi klub hazırda 13 turdan sonra 26 xalla B Seriyasında turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, "Palermo" 1900-cü ildə yaradılıb. 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!