Sənət 19:14 13.10.2014

12 yaşlı azərbaycanlı qız Finlandiyanı heyrətləndirməkdə davam edir




Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” musiqi yarışmasında uğurlu çıxışını davam etdirərək yarımfinala vəsiqə qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur “Dua kimi” (“Like a Prayer”) mahnısını səsləndirən A.Cabbarlının ifası münsiflər heyətinin daha çox xoşuna gəlib.

Qeyd edək ki, Finlandiyanın dördüncü kanalı ilə yayımlanan mahnı yarışmasının yarımfinalı bu həftə keçiriləcək.

Aylin Cabbarlı 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır və burada piano dərsləri alır.

Qaynar.info