İdman 21:36 26.01.2019

12 yaşlı uşaq peşəkar boksçunu qətlə yetirdi

ABŞ-da 12 yaşlı yeniyetmə peşəkar boksçu, 24 yaşlı Con Vanmeteri güllələyərək öldürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Boxingscene" məlumat yayıb.

Məlumata görə, hadisə Texas ştatında baş verib. İdmançı evdə qızı ilə dincələrkən mənzilə soxulmağa çalışan naməlum şəxsin səsini eşidib. Boksçu onun kimliyini araşdırmaq istəyib, qız isə polis çağırıb. Elə bu vaxt atəş səsi eşidilib. Boksçu döşəmə üzərində başından güllə yarası almış vəziyyətdə aşkar edilb.
 
Hadisə yerinə gələn polis əməkdaşları 12 yaşlı yeniyetməni şübhəli şəxs kimi saxlayıblar. Şahidlərin sözlərinə görə, o, hadisə yerindən gizlənməyə çalışırmış. Vanmeter xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda ölüb.

Texas ştatının qanunlarına görə, hadisəni törətmiş yeniyetməni 40 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daha əvvəl Texasda ölümlə və xəsarətlə nəticələnən atışma olub.